12 dekabr 2021 21:52
893

Kürdəmirdə ulu öndər Heydər Əliyevin abidəsini  ziyarət edilib

Dekabrın 12-də müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar YAP Kürdəmir rayon təşkilatının və rayon İcra Hakimiyyətinin  rəhbərliyi, kollektivi, partiyanın fəalları, veteran üzvləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri,  mədəniyyət, təhsil, səhiyyə işçiləri,  rayonun ağsaqqalları və ziyalıları,  gəncləri gün ərzində  rayonun Heydər Əliyev parkına gələrək müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider  Heydər Əliyevin xatirəsini  ehtiramla yad edib və  abidəsi  önünə  gül dəstələri düzüblər.

“İki sahil” xəbər verir ki, daha sonra rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.