13 dekabr 2021 16:29
800

Gədəbəydə şəhid Azər Hüseynovun xatirəsi anılıb - FOTO

44 günlük Vətən müharibəsində Vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid Gədəbəy rayonunun Novosaratovka kənd sakini Hüseynov Azər Mahal oğlunun ildönümü keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə Gədəbəy Rayon Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi Elşad İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin rəis müavini Hikmət Əhmədli, Gədəbəy rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Azər Hüseynovun ruhuna dualar oxuyub, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemlərini dinləyib.

Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!