Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erməni vəhşiliklərinin ifşası” adlı layihənin təqdimatına başlayıb.
Layihənin ilk təqdimatı bu gün Azərbaycan Dillər Universitetinin əsas binasında baş tutub.
Qeyd edək ki, layihənin təqdimat mərasimində gənclərlə yanaşı Milli Məclisin deputatları Tamam Cəfərova, Naqif Həmzəyev, Müşfiq Cəfərov, həmçinin, Gənclər Fondunun nümayəndəsi Rəhim Rəhimov, Davam Gənclər Hərəkatının baş katibi Nigar Aslanova və digər QHT nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, bu layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, nə qədər anti-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır.
Təqdimatın sonunda qonaqlara “Erməni vəhşiliklərinin ifşası” adlı kitab paylanıb.