15 dekabr 2021 11:37
840

"Qarabağ"ın qapıçısı Almaniyada əməliyyat olunub FOTO

"Qarabağ"ın və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev qarın nahiyəsindən əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, tibbi müdaxilə Almaniyada gerçəkləşib. Əməliyyat uğurla keçib.

27 yaşlı oyunçu gələn ildən məşqlərə qoşulacaq.