16 dekabr 2021 08:09
851

Azərbaycan Prezidentinin Brüsselə səfəri Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir

Gürcüstan 24news.ge, actual.ge, interpress.ge, kavkasia.net informasiya portalları, 1tv.ge televiziyası Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfəri və keçirdiyi görüşləri geniş işıqlandırıb.

“İki sahil” xəbər verir ki, KİV-lər Avropada yaşayan azərbaycanlıların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə coşqu ilə qarşıladıqlarını xüsusi qeyd ediblər.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, keçirilən mətbuat konfransları barədə geniş məlumatlar dərc olunub.

Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunan materiallarda Azərbaycanın haqlı mövqeyi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Prezident İlham Əliyevin söylədiyi fikirlər əksini tapıb.