İmişlidə Vətən müharibəsinin şəhidi Kərimli Ramin Əli oğlu doğum günü qeyd edilib.
ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan İmişli sakinlərindən biri də şəhidi Kərimli Ramin Əli oğludur. O, 1999-ci il dekabr ayının 17-də İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olub.
Şəhidimin doğum günündə İmişli Rayon İcra Hakimiyyətinin və YAP imişli rayon təşkilatının məsul şəxsləri, şəhidin qohumları və yaxınları ilə birlikdə məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunulub.
Ziyarət zamanı çıxış edən RİH başçısının birinci müavini S. Ağayev 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğu qeyd olunub.
Şəhidimizin yaxınları və ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Kərimli Ramin Əli oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Sentyabrın 28-da Füzuli rayonu istiqamətində gedən döyüş zamanı şəhid olub .Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra Füzuli rayonun azadlığı və “Vətən uğrunda” medalı ilə təltif edilib.