Dekabrın 19-da Gədəbəy Rayon RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Sevinc xanım Hüseynova, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz - rayonun Qoşabulaq kənd sakini Əsgərov Hüseyin Ramiz oğlunun ildönümü məraimində iştirak ediblər.
“İki sahil” xəbər veri ki, bu münasibətilə, şəhidimizn ruhuna dualar oxunub, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib.
Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!