SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik tərəfdaş şirkətlərin maliyyələşdirdiyi kibertəhlükəsizlik və data analitikası üzrə peşəkar kurslar 222 nəfərin iştirakı ilə davam edir.
"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, artıq 195 nəfər birinci modulu bitirərək sertifikat qazanıb.
Qeyd edək ki, kibertəhlükəsizlik qrupundan 7 nəfər vaxtından əvvəl 8 modul üzrə kursu tamamlayıb və Peşəkar Sertifikat əldə edib. Onların da 5 nəfəri SOCAR əməkdaşıdır. Bu Peşəkar Sertifikatı qazananlar dinamik kibertəhlükəsizlik sahəsində çalışan işçi qüvvəsinə qoşulmaq üçün əsas bilik və bacarıqlarını inkişaf etdirib, təkmilləşdirib. SOCAR-ın əməkdaşı İftixar Şamilov da kibertəhlükəsizlik üzrə təlimin bütün modullarını tez bir zamanda uğurla başa vurub. İndi isə Data analitikası təlimlərinə qoşulması üçün proqramda iştirakı təmin olunub.
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO