Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş idman yarışları başa çatıb.
Yarışların keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin formalaşdırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin idmanın kütləviliyinin təmin olunması olmuşdur.
Qeyd edək ki, 23-29 dekabr 2021-ci il tarixlərdə keçirilən yarışlarda məktəblilər şahmat, mini-futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvə və bacarıqlarını sınayıblar.
Yarışlarda qaliblərə diplomlar təqdim olunub.
Əlihüseyn Şükürov,
Masallı rayon sakini
U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının vaxtı müəyyənləşib