31 dekabr 2021 17:06
1015

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 10 min 549 test nəticəsində məlum olub ki, 595 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 616 min 947-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 12 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 8 min 358 nəfər təşkil edib.

Daha 753 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 599 min 546-ya yüksəldib.