31 dekabr 2021 17:28
1002

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 min 59 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 109, “buster” doza ilə peyvənd olunanların sayı 22 min 309 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 169 min 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 676 min 520 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 1 milyon 500 min 264 nəfərdir.