31 dekabr 2021 22:38
2542

Mehriban Əliyeva paylaşım edib: Üzünüzdən təbəssüm heç zaman əskik olmasın

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva feysbukda paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Sevgilərlə,

Sizin MEHRİBAN