YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy Rayon RİH başçısı aparatının məsul şəxsləri, YAP Gədəbəyə rayon təşkilatının Gənclər Birliyinin üzvləri, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən şəhidlərimiz- rayonun Çobankənd kənd sakini Rzayev Amin Qurban oğlu, Çobankənd kənd sakini Əlizadə Şamxal Əvəz oğlu, Novoivanovka kənd sakini Hüseynov Vüsal Hüseyn oğlu, Arısu kənd sakini Əliyev Elsevər Saqib oğlunun doğum günləri münasibətilə anım mərasimləri keçirilib.
“İki sahil” xəbər verir ki, mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, ailələri ilə söhbətlər aparıblar.
Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT