02 yanvar 2022 16:44
1013

Daha 368 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 617 679 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib, aktiv xəstə sayı 8 235 nəfərdir.

Son sutka ərzində 6 435, hazırkı dövrədək isə 5 876 764 test aparılıb.