Ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə və sərgilərdə iştirak etmələrinə dəstək vermək və Azərbaycanı dünyada fotolar vasitəsi ilə tanıtmaq məqsədilə Gilavar Foto Klubu tərəfindən bu istiqamətdə davamlı olaraq addımlar atılır. Klub tərəfindən beynəlxalq foto təşkilatlar, xarici foto klublar ilə əlaqələr qurulur, birgə foto layihələr keçirilir.
“İki sahil” xəbər verir ki, xarici foto klublarla əldə olunan razışmalar çərçivəsində üç azərbaycanlı fotoqraf beynəlxalq fəxri adlar əldə edib. Belə ki, fotoqraflar Allahkərim Abbasov, Nurlan Tahirli və Aleksandr Firstov Hindistanın Green Go foto klubunun “Fəxri üzv”ü (Honorary Fellowship) adına layiq görülüblər.
Qeyd edək ki, hər üç fotoqraf eyni zamanda dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı olan Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fəxri adlarına malikdilər və beynəlxalq foto müsabiqələrdə münsif qismində çıxış edirlər.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır