Yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan "İki sahil"ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır