Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
“İki sahil” xəbər verir ki, qəbulda Nizami rayonundan olan seçiciləri, o cümlədən ölkəmizin digər bölgələrindən olan vətəndaşlar ilə müzakirələr aparan K.Nurullayeva, onların dilə gətirdiyi şikayət və problemlərlə yaxından maraqlanıb.
Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, vətəndaşların sosial müavinətin alınması, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdiyi problemlər, Vətən müharibəsi veteranının işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer alıb.
Millət vəkili Könül Nurullayeva eyni zamanda bildirib ki, qəbulda vətəndaşların səsləndirdiyi bütün müraciətlər qeydiyyata götürülüb və onlar ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Şəhərin siması və tarixi irsə münasibət hər birimizin məsuliyyətidir - EKSPERT
BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 04:05:08-də daxil olacaq”
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır