05 yanvar 2022 18:58
885

ADAU-da payız semestrinin imtahan sessiyasına start verilib - FOTO

Yanvarın 5-də 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 10 deklabr 2021-ci il tarixli F-570 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) imtahan sessiyası başlayıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 764 qrup üzrə test, 212 qrup üzrə yazılı və 306 qrup üzrə şifahi formada təşkil ediləcək.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. Rektor bildirib ki, imtahan sessiyası ərzində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər zəruri tədbirləri həyata keçirmək üçün müvafiq qərargah da yaradılıb.

Qeyd edək ki, imtahan sessiyası 2022-ci ilin fevral ayının 5-dək davam edəcək.

Əlihüseyn Şükürov