06 yanvar 2022 15:45
739

Sabirabadda şəhidin anım günü qeyd edilib - FOTO

Yanvarın 6-da Sabirabad rayonunda Vətən Müharibəsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış Əhməd Anar oğlu Əhmədlinin il mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi  şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhidin il mərasimində iştirak edərək ailə üzüvləri ilə görüşüblər.

Görüş zamanı Əhməd Əhmədlinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Həmçinin şəhidin ailəsinin qayğıları, problemləri ilə maraqlanıblar.
Şəhid yaxınları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.