Salyan sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Salyan rayon sakini, 45 yaşlı Əli Əliyev 2021-ci il sentyabr ayının 22-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Əli Əliyevin əlamətləri belədir: boyu 160 santimetr, orta bədən quruluşlu, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə və 050-756-25-25 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır