Lənkəran şəhərində Regional Perinatal Mərkəzi istifadəyə verilib. 9 rayonun əhalisinə tibbi xidmət göstərəcək bu mərkəz 76 çarpayılıqdır. Burada doğum, patalogiya, anesteziologiya və reanimasiya şöbələri, eləcə də yeni doğulmuşların reanimasiya və intensiv terapiyası bölməsi fəaliyyət göstərir. Yeni səhiyyə müəssisəsində sakinlərə yüksək keyfiyyətli tibbi xidmət göstərmək üçün ən müasir tibbi avadanlıqlar gətirilibdir. Onu da bildirim ki, mərkəzidə çalışan həkim kollektivi də öz peşələrini dərindən bilən ixtisaslaşmış tibb işçiləridir.
Lənkəran Regional Perinatal Mərkəzinin açılış mərasimində iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov çıxışında ölkəmizin cənub bölgəsində belə bir Mərkəzin fəaliyyətini mühüm hadisə hesab etdi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müvafiq şöbələri tərəfindən Mərkəzdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin keçirdiyini dedi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO