Masallı rayonunun Şərəfə kəndindəki Mərasim Evində torpaqlarımızın azadlığı uğrunda canından keçən şərəfəli və ağaşbəyli şəhidlərinə həsr olunmuş kitabının təqdimatı keçirilib.
Pərvanə Ziyadovanın müəllifliyi ilə ötən ilin sonlarında Bakının «MDizayn» mətbəəsində 300 ədəd tirajla çap edilmiş Şərəfənin 9 şəhidinin ömür yoluna həsr olunmuş “Şərəfli döyüş yolu” adlı kitabının təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Suqovuşanın azad olunmasına görə” medallı, Şərəfəli kənd sakini və kitabda haqqında yazılan Qəşəm Hadıyev, «Cənub xəbərləri» saytının baş redaktoru Zahir Əmənov, Şərəfə kəndinin veteran müəllimi Xankişi Xankişiyev, Elşad müəllim, Nahidə Məmmədova, Hacı Sərdar Ağababayev, Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova, tanınmış iş adamı və xeyriyyəçi Əliməmməd Ziyadov və başqaları çıxış edərək tədbir iştirakçılarını Vətən müharibəsində 44 günlük müharibədən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və kitabda haqqında yazılan, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şərəfəli və Ağaşbəyli şəhidlərindən danışıblar.
Şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran kitabın müəllifi Pərvanə Ziyadova bildirib ki, kitab münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən qəhrəman Şərəfəli şəhidlərinə həsr olunub. Kitabda hər bir şəhid haqqında ətraflı məlumat var. Canını torpaq uğrunda fəda etmiş qəhrəmanlar həmişə sayılacaq və onlar daim fəxr mənbəyimiz olacaqlar.
“Şərəfli döyüş yolu” kitabının təqdimat mərasimində iştirak edən 200 nəfərə yaxın iştirakşıya paylanılıb.
Sonra tədbir iştirakçıları kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Əlihüseyn Şükürov
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO