10 yanvar 2022 17:06
801

Proqressiv ədəbiyyat və mədəniyyət cəmiyyəti

Dünən Azərbaycandan Beynəlxalq Multikultural Şəbəkə Hindistan üzrə partnyoru “Proqressiv ədəbiyyat və mədəniyyət cəmiyyəti” adlı təşkilatla birgə onlayn elmi vebinar təşkil etdilər.

“İki sahil” xəbər verir ki, Vebinarın budəfəki mövzusu  Gender Diskriminasiyası ilə bağlı idi. Elmi Konfransın təşkilatçılıq məsələlərinə Beynəlxalq Multikultural Şəbəkənin Hindistan üzrə nümayəndəsi Şamenaz Bano rəhbərlik edirdi.

Vebinarin idarəçisi Dr. Anita Şarma iştirakçılara təqdim edildikdən, sonra özünün  çıxışında Cənubi-Asiya bölgəsində gender ayrı-seçkiliyi ilə bağlı geniş məlumat verdi.

Ənənəyə sadiq qalaraq, tədbirin  spikeri kimi ilk sözü nümayəndəmiz Roma Universitetinin dosenti, Dr. Elizabet Marinoya verdi. O, “İtaliyada qadınların akademik, məişət və sosial normalarda mövqeyi” mövzusunda fikirlərini vebinar iştrakçıları ilə bölüşdü.  Spiker kimi növbəti söz Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədovaya verildi. Xəyalə Məmmədova “Qlobal problemlər: Azərbaycanda gender ayrı-seçkiliyinə, gender münasibətlərinə və tendensiyalara qarşı mübarizə” mövzusunda geniş çıxış etdi. Xüsusilə də, bu istiqamətdə Azərbaycan Respublikasının örnək addımlarını paylaşdı. Bundan başqa, Amerika Birləşmiş Ştatlarından Dr.  Melissa Studdard, Hindistandan Dr.Anupama Şarma və digər alimlər bu istiqamətdə çıxışlarını təqdim etdilər.Eyni zamanda 12-yə yaxın  müxtəlif ölkələrdən elmi-tədqiqatçılar  öz maraqlı çıxışlarını icazə alaraq, paylaşdılar. Vebinara qoşulan iştirakçıların sualları   cavablandırıldıqdan sonra vebinar  başa çatdı.