11 yanvar 2022 11:19
877

DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib.

DSX-dan "İki sahil"ə verilən məlumata görə, DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzar­larını ziya­rət edib əziz xatirələrini ehtiramla yad edib, daha sonra yas məra­sim­lərində iştirak ediblər.