11 yanvar 2022 13:38
856

Nəsrinə görə "Üç kuruş"un çəkilişi təxirə düşdü

Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə koronavirusa yoluxub.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, virus aktrisaya aktyor sevgilisi Gökhan Alkandan keçib.

Bu səbəbdən Nəsrinin rol aldığı "Üç kuruş" serialının çəkilişləri təxirə düşüb.

Qeyd edək ki, daha əvvəl ekran işində Nəsrinin tərəf müqabili olan aktyor Uraz Kayqılaroğlu da infeksiyaya yoluxmuşdu.