Son illər dağlar diyarı Lerik rayonunda əhalinin suyə tələbatı xeyli dərəcə də yaxşılaşıb. Artıq Mastayıl-Lerik alternativ su xəttinin çəkilişi də başa çatdırılıb. Prezidentin sərəncamı əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə Geskon, Sors, Mulalan, Şingədulan kəndlərini daim və keyfiyyət dərəcəsi yüksək olan su ilə təminatından ötrü 1 milyon manat vəsait ayrılmışdır. Suyun çəkilməsi üçün əsas mənbə Şivlə və Biləvər kəndlərindən 5-6 kilometr məsafədən aralı meşə massivində olan Şüpək bulağı, Mulalan kəndindən isə 4-5 kilometr məsafədə yerləşən Alaşar çayı seçilib.
Su xəttinin çəkilişi başa çatdıqdan sonra yuxarıda adları çəkdiyim kəndlərin yaxınlığında anbarı inşa edilmiş, həm də evlərə yaxın məsafələrdə bulaqlar quraşdırılıb. Bununla bərabər ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə rayonun Siyov, Züvüç kəndlərinə su xətləri çəkilmiş və bu yaşayış məntəqələrin hər birində suyun əhaliyə vaxtında, düzgün qaydada ötürülməsi üçün 36 tonluq anbarlar inşa edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü