14 yanvar 2022 17:28
977

Saatlıda şəhidin məzarı və ailəsi ziyarət olunub - FOTO

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının rəhbərliyi və fəalları  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrundakı 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Bayramov Cəlal Yaqub oğlunun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı önünə gül dəstələri düzüblər.

“İki sahil” xəbər verir ki, rayonun Çolpı kəndində keçirilən ildönümü mərasimində iştirak edərək şəhidin ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezindent cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.