Biləsuvarda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
“İki sahil” xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir - VİDEO
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq, 90-dan çox vakansiya təqdim ediləcək