29 oktyabr 2026 15:56
110

ADY-nin qatarlarında sərnişinlərin 800-dən çox əşyası unudulub

Yanvarın 1-dən oktyabrın 15-dək ADY-nin qatarlarında 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşya deməkdir.

“İki sahil” xəbər verir ki, sərnişinlərin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur.

Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir.

Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilər.