29 oktyabr 2026 16:14
114

Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin Aparatında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbul zamanı müraciət edənlər arasında müharibə veteranları, aztəminatlı ailələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər və digər vətəndaşlar olub.

Vətəndaşların müraciətləri əsasən yerli özünüidarəetmə və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə, işlə təmin olunma, maliyyə, torpaq və digər məişət məsələlərini əhatə edib.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.