29 oktyabr 2026 16:05
107

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqənin nəricələri açıqlanıb

Bakı Dövlət Universitetində (BDU) Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində 2026-cı il 30 sentyabr tarixində elan olunmuş elmi-tədqiqat layihələri müsabiqəsinə 49 layihə təqdim olunub.

Təqdim olunmuş layihələr müəyyən edilmiş qaydada tədqiqatın əhəmiyyəti, elmi yeniliyi, metodologiyasının etibarlılığı, elmi nəticə və nəşr potensialı, layihə rəhbəri və icraçılarının tədqiqat bacarıqları, layihənin icra imkanlarının təhlili və digər meyarlar əsasında ekspertlər tərəfindən qiymətləndirilib.

Qiymətləndirmənin nəticələrinə əsasən, Müsabiqə Komissiyası aşağıdakı layihələri qalib elan edib:

 

1. Fundamental tədqiqat layihələri

    Antioksidantlarla yüklənmiş HSA@Fe3O4 nanokonyuqatlarının eritrosit membranlarının oksidativ zədələnməsinə təsiri
    Yod və yod–xlor tərkibli Sn əsaslı hibrid perovskit/metal oksid (ZnO, TiO2) nanostrukturlarının alınması və  tədqiqi
    Ge-Sb-Te sistemində yeni van der Vaals materiallarının dizaynı və quruluş-xassə əlaqələri
    Ampisillin–bentonit nanokompozitlərinin S. aureus-a qarşı antibakterial və antibiofilm aktivliyinin öyrənilməsi
    Simbiotik ulduzlarda yüksək sürətli maddə atılmalarının (jetlərin) spektral və fotometrik tədqiqi

 

2. Tətbiqi tədqiqat layihələri

    Boyama xüsusiyyətlərinə malik yeni imin tərkibli ansamblların sintezi və tədqiqi
    Fe3O4/xitozan/qrafen oksid hibrid nanosistemlərində xrizin daşınmasının interfeys mexanizmləri və pH-dan asılılığı
    FeGaInS4 kristalları əsasında maqnit-elektrik sensor elementinin hazırlanması
    Darçın aldehidi əsasında piridazin və tiazol törəmələrinin sintezi və xərçəng hüceyrələrinə qarşı antiproliferativ aktivliyi
    Heteroatomlarla modifikasiya olunmuş qrafen nanolaylarının qaz detektor elementləri üçün funksional xassələrinin tədqiqi

 

3. Gənc alim və tədqiqatçı layihələri

    PVS/TiO2/CuO nanokompozitlərinin hazırlanması, struktur və funksional xassələrinin tədqiqi
    10 GeV NICA enerjilərində pp-toqquşmasında birbaşa fotonların alınması altproseslərinə radiasiya əlavələri
    Dərin evtektik həlledicilər əsasında azot və kükürd tərkibli yeni heterotsiklik birləşmələrin sintezi
    Şiff əsaslarının quruluşu ilə idarə olunan 2D/1D antibakterial laylı nanokompozitlərin alınması
    Meteoroloji qeyri-müəyyənlik şəraitində bərpaolunan enerji əsaslı elektrik doldurma infrastrukturunun süni intellekt vasitəsilə proqnozlaşdırılması

Müsabiqədə iştirak edən bütün tədqiqatçılara təşəkkürümüzü bildirir, qalibləri təbrik edirik.