15 yanvar 2022 13:28
1328

Şəhid Yusif Məmmədovun xatirəsi yad edilib FOTO

Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Vətən müharibəsi şəhidi Məmmədov Yusif Vaqif oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, Rayon ictimaiyyətinin və şəhid ailəsinin də iştirak etdiyi tədbirdə şəhidin ruhuna dualar oxunub, vətənpərvər gənc olmasından və Vətən müharibəsində keçdiyi döyüş yolundan geniş bəhs olunub, ailəsinə dərin hüzünlə baş sağlığı verilib.