20 yanvar 2022 15:14
818

“Qan yaddaşımız” adlı ədəbi-bədii proqram təqdim edilib

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Qan yaddaşımız" adlı ədəbi-bədii proqram təqdim edilib. Proqramda Masallı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ayaz Əliyev və digər Aparat əməkdaşları, məktəbin kollektivi və qonaqlar iştirak ediblər.

Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.

Anım tədbirində çıxış edən Ayaz Əliyev qanlı faciəni ölkəmizin müstəqilliyi və xalqımızın azadlığı yolunda vacib tarixi-siyasi mərhələ kimi dəyərləndirərək, hadisələri ölkəmizin müasir tarixinə hüzn və qürur səhifəsi olaraq əbədi yazıldığını deyib.

Sonra məktəbin müəllim kollektivinin çıxışlarına başlanılıb. Ədəbi-bədii proqramda müəllimlərdən Şamo İbayev, Rəşad Tağıyev və Aysel Nərimanova həzin notlarda musiqi ifaları təqdim ediblər. İnstrumental ifaçılardan Qabil Niftiyev, Məhbub Şüküroğlu, Ülkər Əhədzadə, məktəbin direktoru Fərhad Qurbanov və başqaları alətlərdə musiqilər səsləndiriblər.

Daha sonra məktəbin şagirdlərinin ifasında qanlı hadisələrin günahsız qurbanlarına ithaf olunmuş bədii kompozisiya oynanılıb.

Əlihüseyn Şükürov