20 yanvar 2022 16:56
986

Gədəbəydə 20 Yanvar faciəsinin qurbanları ehtiramla anılıb

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar  Gədəbəy rayon İcra Hakimiyyəti , YAP Gədəbəy rayon təşkilatının əməkdaşları,hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyəti  “Şəhidlər xiyabanı”na gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad edib,ruhlarına dualar oxuyublar.

“İki sahil” xəbər verir ki, respublikanın hər yerində olduğu kimi 12:00-da Gədəbəy rayonunda da Şəhidlərimizin əziz xatirəsi  1 dəqiqalıq sükutla yad edilib.

 Allah bütün Şəhidlərimizə rəhmət eləsin.