Keçmiş SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Lisitis 76 yaşında vəfat edib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə onun həmyerlisi, idman fotoqrafı Ziqizmunds Zalmanis məlumat verib.
Arnis Lisitis 1946-cı il yanvarın 6-da Latviyanın Riqa şəhərində dünyaya gəlib. Onun atası Alfred Videnieks və anası Helqa Lisitin aktyor olub. Arnis Lisitis kinoda debütünü 1965-ci ildə edib. O, “Miraj”, “İtirilmiş Sibir”, “Günahkar saymaq”, habelə İkinci Dünya müharibəsinə aid bir sıra filmlərdə aparıcı rollara çəkilib, keçmiş sovetlərin mərkəzi televiziyasının “Ağ tutuquşu” yumoristik televerilişində iştirak edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?