26 avqust 2026 22:57
79

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Laçın Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədi festivalın direktoru, Laçın şəhərində yerləşən “Hoçazfilm” yaradıcılıq studiyasının rəhbəri Amil Amal və özbəkistanlı prodüser Eldar Yuldaşev imzalayıblar. Sənədə əsasən, “Hoçazfilm” tərəfindən istehsal olunan filmlərin Özbəkistan kinoteatrlarında nümayiş etdirilməsi nəzərdə tutulub.

Sənədin imzalanması Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığın inkişafı, film mübadiləsinin genişləndirilməsi və iki ölkənin kino sənayesi nümayəndələri arasında yaradıcı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.