Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” Kino Radio Kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatı təqdim olunacaq.
“İki sahil” xəbər verir ki, mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur.
2019-cu ildə ilk mükafat təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub.
“Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq.
Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında keçiriləcək.
Təqdimetmə mərasimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin dəstəyi ilə baş tutacaq.
Mərasimdə həmçinin Azərbaycan filmlərindən “soundtrack”lər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?