Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qaralar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Əsədli kənd sakini E.Soltanov saxlanılıb.
Ondan qanunsuz olaraq ovladığı iki ədəd ov quşu aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları