24 yanvar 2022 11:45
894

Yardımlının Çayüzü kəndində bulaq-abidə kompleksi FOTO

İkinci Qarabağ müharibəsində şanlı ordumuzun qazandığı  zəfərdə Yardımlı igidləri də öz qəhrəmanlığı ilə sözün əsl mənasında tarix yazıblar. İndi el-obada onların adı çəkiləndə hamı qürur hissi keçirir. Burada Vətən, torpaq naminə öz canından keçən şəhidlər müqəddəs varlıq kimi ürəklərdə yaşayır, əziz  xatirələri uca tutulur. Dağlar diyarın daha bir kəndində- Çayüzünün mərkəzində  şəhidlərin şərəfinə bulaq-abidə kompleksi ucaldılıb.  Onun açılış mərasimdə adəti üzrə rayonun əksər hissəsi iştirak  edirdi. Bütün gün boyu ziyarət olunan bu müqəddəs yer Yardımlının  şəhid oğullarına ehtiram əlaməti olaraq tər gül-çiçəyə büründü.

Mərasimdə  Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı və qələbə sevincini Azərbaycan xalqına yaşatdı: "Böyük qələbədə 30 il əsarətdə olan Vətən  torpaqlarının azadlığı, ölkəmizin müstəqilliyi uğrunda qurban gedən şəhidləri boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş  igid oğullar daim yaddaşlarda yaşayacaq, onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman  gənc nəslə nümunə olacaqdır.”

Zəfər  Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü