Bu gün saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.
“İki sahil” xəbər verir ki, sərnişinləri Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa rayon Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov qarşılayıb.
Aydın Kərimov deyib ki, artıq bu səfərlər mütəmadi xarakter alacaq.
Onun sözlərinə görə, vətəndaşlar digər bölgələrə olduğu kimi, Şuşaya da səfər edə biləcək, Şuşada bərpa-quruculuq işlərinin aparılmasına şahid olacaqlar: “Bugünkü səfərə gələnlər içərisində şuşalılar da var. Bu, Böyük Qayıdışın bir rəmzidir. Buna görə ölkə rəhbərliyinə bir daha təşəkkür edirik. Səfərə gələn şuşalılar əgər hər hansı xüsusi bir yerə səfər etmək istəsələr, doğma evlərinə, yaxud digər məkanlara baxmaq üçün Qoruq və polis əməkdaşlarına müraciət edə bilərlər”.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları