Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbə müdirləri və müdir müavinləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qeyd edilən bölgələr üzrə şagird sayı 200-dən çox olan məktəblərin direktorları da iştirak edib.
Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub.
Sonda yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib və suallar cavablandırılıb.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları