25 yanvar 2022 17:50
821

Aygün üçün bağ saldılar - FOTO

Xalq artisti Aygün Kazımovanın fanatları onun doğum günü üçün "50+1" adlı aksiya təşkil ediblər.

“İki sahil” xəbər verir ki, A.Kazımovanın sevənləri ağac əkərək "Aygün bağı" salıblar. Müğənninin özü də bu aksiyada iştirak edib.

Həmin anların fotolarını instaqramda paylaşan sənətçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinə, fanatlarına və əməyi keçən hər kəsə təşəkkür edib.