26 yanvar 2022 11:23
964

“Şuşa-270” adlı sərgi keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci  il tarixli sərəncamı ilə 2022-ci il " Şuşa ili" elan edildi.  Bu nəcib, xeyirxah, qürurlu  iş xalqımızda  böyük sevinc  yaradıb.  

Artıq “Şuşa ili” çərçivəsində respublikamızın hər yerində bu münasibətlə ilk tədbirlər həyata keçirilir.

Dağlar diyarı Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Şuşa ili" çərçivəsində həyata keçiriləcək tədbirlərin başlanğıcı olaraq "Şuşa-270" adlı sərgi təşkil edilib. Sərgidə Qarabağın döyünən ürəyi, mədəniyyətimizin beşiyi olan Şuşanın tarixi abidələrini, Milli qəhrəmanlarını, görkəmli şəxsiyyətlərini özündə əks etdirən əl işləri nümayiş olunur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü