Xəbər verdiyimiz kimi Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam etdirilir.
Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı maarifləndirmə tədbiri Masallı rayonunun Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbində də təşkiı olunub.
Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.
Klinikanın əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər, pediatr həkim Əsli Kalbalıyeva uşaqlarda olan qurd xəstəliyi və digər yoluxucu xəstəlikləri və fizioterapevt həkim Günel Nəsibova uşaqlarda qamət pozuntuları (onurğa əyrilikləri) haqqında valideynləri məlumatlandırıblar.
İnteraktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.
Əlihüseyn Şükürov
TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb