28 yanvar 2022 11:46
782

Qəhrəmanlar unudulmur FOTO

İkinci Qarabağ müharibəsində yüzlərlə Lerikli gənc könüllü cəbhəyə gedərək Vətən torpaqların azadlığı naminə  düşmənlə müharibə meydana atılır. Döyüşlərdə  46 lerikli igid misilsiz qəhrəmanlıq örnəyi göstərərək şəhidlik zirvəsinə  ucalır. Dağlar diyarında kiçik də, böyükdə   Vətən oğlanlarını  ürəyində yaşatmaqla hər yerdə, hər zaman xatirələrini   əziz   tuturlar.    

Rayonda  Vətən müharibəsində qəhrəmancasına  döyüşən, ölkəmizin ərazi bütövlüyü  uğrunda canlarını fəda edən igidlərinin adına çoxlu yadigarlar  yaradılıb.  Belə yadigarlardan Lerik şəhərin özündə də vardır.   İndi şəhərin Nizami küçəsində yerləşən  şəlalə-park Vətən Müharibəsinin Qəhrəmanı, şəhid mayor Amid  Heydərovun  adını daşıyır. Şəhərin İsmayıl Yaqubov və Nizami küçəsinin kəsişdiyi ərazidən şəhər 1 saylı körpələr evi-uşaq bağçasının  yerləşdiyi ərazi daxil olmaqla  Həzi Aslanov küçəsinin kəsişdiyi ərazi Əliqismət Yaqublu və  İbadulla  bəy Nurullabəyov, eləcə də “Azəraqrartikinti”  ASC-nin yerləşdiyi ərazidən  Arif Nuriyev küçəsinin kəsişdiyi ərazi isə Elvin Səfərov küçəsi  adlanır.

Zəfər Əliyev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü