28 yanvar 2022 11:51
1071

Hişkədərənin tarix və müasirliyi haqqında kitab FOTO

Masallı rayonundakı Hişkədərə kənd tam orta məktəbinin tarix müəllimi Bahadır  Abdullayevin  “Hişkədərə: tarix və müasirlik” adlı kitabı  nəşr olunub. Bakı şəhərində “Red N-line” nəşriyyatının mətbəəsində çapdan  çıxan bu nəfis tərtibatlı yeni kitab 300 tiraj  və 240 səhifədən ibarətdir. Bahadır  müəllim  qələmə aldığı  yazılarda   kəndin qədim tarixini faktlar əsasında araşdırmış, görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlar toplamış və  Vətən müharibəsi, eləcə də  kəndin şəhid övladları barədə də oxucuları məlumat verir.
Kitabda  vaxtilə ölkədə tanınmış çay ustası, xalq elçisi Əsbət Nəzərova, el-obasını qaçaq quldurlardan qoruyan Kərbəlayi Yusif, habelə alimlər, dövlət qulluğunda çalışanlar, tanınmış pedaqoq və kəndin ictimai, mədəni həyatında fəaliyyəti olan adamlar barədə sanballı yazılar vardır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü