Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, onlarla bağlı məlumatların əldə edilməsi məqsədilə “Vətənin ölməz oğulları” adlı layihəyə start verilib.
Karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən tədbirdə adıçəkilən İctimai Birliyinin nümayəndəsi Fidan Abbasova, Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları, şəhid valideynləri, qazilər, Masallı şəhər 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva torpaqlarımız uğrunda canından keçərək şəhidlik məqamına ucalmış, eləcə də ağır döyüşlərin şahidi olmuş müharibə iştirakçılarının tanıdılması və təbliği işindən, "Vətənin ölməz oğulları" layihəsinin keçirilməsinin məqsədlərindən, həmçinin layihə çərçivəsində ilboyu həyata keçiriləcək silsilə tədbirlər haqda geniş məlumat verib. O, eyni zamanda, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsindən danışıb.
Sonra Muzeyin əməkdaşı Dilgüşə Məmmədova yanvar ayında doğulmuş Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhidlik olmuş oğulların həyat və şərəfli döyüş yolu barədə məruzə ilə çıxış edib. Daha sonra çıxış üçün söz alan Fidan Abbaslı şücaəti və igidliyi ilə adını ölkəmizin qəhrəmanlıq tarixinə yazdıran Vətən övladları ilə hər zaman fəxr etdiyini bildirib. Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli əsgərlərin qətiyyəti sayəsində torpaqlarımızın qısa müddət ərzində düşmən işğalından azad olunduğunu bildirib.
Çıxışlardan sonra Masallı şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.
Əlihüseyn Şükürov
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb