Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nına əsasən Cəlilabad şəhər 11 saylı Mələk körpələr evinin iştirakı ilə tədbir keçirildi.
İlk öncə, Mərkəzin əməkdaşı Hilal Muradov tərəfindən azyaşlılar üçün ekskursiya keçirilib. Sonra isə film otağında Mərkəzin direktoru Ofeliya Qəhrəmanova tərəfindən zərərli informasiyalardan qorunmanın üsullarından bəhs olunub, mövzu ətrafında valideynlərlə geniş söhbət aparılıb.
Sonda balacalar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin istehsalı olan "Xeyirxah Kirpi", "Balaca ev" və "Ən güclü kimdir!" cizgi filmlərini izləyiblər.
Əlihüseyn Şükürov
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb