03 fevral 2022 12:59
1005

Hacıqabulda Gənclər Günü təntənə ilə qeyd olunub FOTO

Hacıqabulda 2 fevral Gənclər Günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbirdən öncə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun rəhbərliyi ilə rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayonun bir qrup fəal gəncinin iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyulub.

Sonra Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən hərtərəfli qayğıdan, həyata keçirilən gənclər siyasətindən, gənclərimizin Vətən Müharibəsindəki qəhrəmanlıqlarından, respublikamızın inkişafında gənclərin rolundan danışaraq onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, «2 fevral gənclər günü» münasibətilə Hacıqabul rayonunun Gənclər və İdman İdarəsi tərəfindən «Gənclər həftəsi» adlı silsilə tədbirlərdən, keçirilən görüşlərdən danışılıb.

Tədbirin sonunda gənclər Şəhidlər xiyabanını ziyarət ediblər.

Elçin Zaman, "İki sahil"