03 fevral 2022 19:36
830

Fərid Qayıbov bloqerlərlə görüşüb FOTO

Gənclər və idman naziri Fərid Qayıbov bloqerlərlə görüşüb. Görüşdən öncə nazir Binəqədi Gənclər Evinin fəaliyyəti ilə tanış olub, burada yaradılmış şəraitlə maraqlanıb.

“İki sahil” xəbər verir ki,  mərkəzin xidmətindən istifadə edən gənclərlə söhbət edib.

Görüşdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 10-dan çox bloqer iştirak edib. Onların suallarını cavablandıran nazir sosial media mövzusunda mövcud problemlərlə bağlı müzakirələr aparıb.

Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər öz fəaliyyətləri barədə danışıb, onları narahat edən məsələlər haqda məlumat veriblər.